Azərbaycanda metil spirtindən 8 nəfər ÖLDÜ...
Martın 21-dən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 8-i ölüb: “Toksiki məhlulun qəbulu 30 ml-dən çox olanda ölümə səbəb olur” (apa).