COVID-19-a yoluxanların sayı 30 milyonu ötdü - DÜNYANIN SON STATİSTİKASI...

COVID-19-a yoluxanların sayı 30 milyonu ötdü – SON STATİSTİKA

Dünyada 30 038 411 nəfər koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, virusdan 945 097 xəstə ölüb, 21 806 713 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Asiya (8 975 671 nəfər), ölkə ABŞ-dır (6 828 301 nəfər).

Ölkələr arasında digər yerləri 5 118 253 yoluxma ilə Hindistan, 4 421 686 yoluxma ilə Braziliya, 1 079 519 yoluxma ilə Rusiya tutur.

İlk onluğa daxil olan digər Avropa dövləti İspaniyadır (614 360 nəfər).

İran siyahıda 410 334 yoluxma ilə 12-ci, Türkiyə 296 391 yoluxma ilə 19-cudur.

Ermənistanda 46 376, Gürcüstanda 2 758 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirusun aşkarlandığı 38 658 nəfərin 569-u ölüb, 36 149-u sağalıb.






Fikirlər