ŞUŞA DÖVLƏT QORUĞUNA BAŞÇI TƏYİN EDİLİB - Prezident sərəncam imzaladı (FOTO)
Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. "Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmiş Məftun Qurban oğlu Abbasov vaxtilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub. M.Abbasov bu vəzifədə 2021-ci il ilin mart ayınadək çalışıb.