İlin siyasi akkordu: Paşinyan Əliyevlə Peterburq görüşünə nə ilə gedir?

Ermənistan baş naziri ölkədəki revanşist-radikal qüvvələrin və erməni lobbisinin müqavimətini qırmaq zorundadır; politoloq: “Onun sözləri o vaxtadək söz olaraq qalacaq ki...”

Ermənistan baş naziri Nikol Paşinyanın ötən həftəsonu Qarabağ mövzusunda verdiyi bəzi açıqlamalar ehtiyatlı nikbinlik yaradıb. Onun həmçinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə sözləri də diqqət çəkib.

İlk baxışda postkonflikt durumunun şərtləri ilə səsləşən mövqedir. Lakin unutmaq olmaz ki, ondan cəmi iki gün qabaq Paşinyan təhlükəsizlik xidməti əməkdaşları ilə görüşündə “Artsax”ın “müstəqilliyi”nin beynəlxalq səviyyədə tanınmasının hökuməti üçün əsas hədəflərdən biri olduğunu söyləyib və bu məsələdə hələ də ATƏT-in Minsk Qrupu həmsədrliyinə güvənir.

Yəni belə çıxır ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini özünəməxsus formada təsəvvür edir. Baxaq görək o, bu yöndə praktik xarakterli hansı addımları atacaq. Çünki Ermənistanın hazırkı baş naziri sözü ilə əməli heç də həmişə üst-üstə düşən şəxs kimi yox, daha çox hakimiyyətini qorumağa çalışan birisi kimi tanınır...

*****

Kreml MDB liderlərinin sammiti barədə məlumat yayıb - Ayna.az

Bu gün - dekabrın 28-də isə Sankt-Peterburqda Rusiya prezidenti Putinin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-formal görüşü gözlənilir. Paşinyan bu tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib. “Belə əlaqə mütləq olacaq”, - Ermənistan baş naziri deyib.

Ehtimallara görə, ikitərəfli görüşdə N.Paşinyan Azərbaycan Prezidenti ilə ən əvvəl haqqında danışdığı nəqliyyat kommunikasiyalarının açılması üzrə görüləcək işlərin detallarını müzakirə edəcək - nə barədə ki, Brüssel danışıqlarından sonra anons vermişdi.

Rusiyalı tarixçi alim və analitik Oleq Kuznetsova görə, Əliyevlə Paşinyan arasında bir sıra məsələləri aradan qaldıracaq yeni görüş mümkündür.

“Bakı başa düşür ki, Ermənistana etibar etmək olmaz. Hamımızın gözü önündə Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın ”icrası" nümunəsi var. Sözügedən bəyanatda martın 30-dək bu istiqamətdə kollektiv fəaliyyət planının yaradılması nəzərdə tutulurdu. Lakin üstündən 9 ay ötsə də, bəyanatın həyata keçirilməsi istiqamətində heç nəyə nail olunmayıb", - deyə ekspert xatırlatma edib.

 

Tarixçi-analitikin fikrincə, ciddi hüquqi təminatlar olmadan, heç bir dövlət yolların tikintisi üçün böyük büdcə investisiyaları riskini öz üzərinə götürməyəcək: “Bu səbəbə Azərbaycanın hüquqi sənədə ehtiyacı var. Adətən bu vəzifədə ölkənin ali qanunverici orqanının deputatları tərəfindən ratifikasiya tələb olunmayan hökumətlərarası sazişlər olur. Ermənistan cəmiyyətində və ya onun radikal hissəsində dövlət suverenliyinin pozulması bəhanəsi var və bu da Köçəryan kimi radikal erməni siyasətçilərinin tərəfdarlarının kütləvi etirazlarına səbəb ola bilər. O səbəbə Azərbaycanla Ermənistan arasında dövlətlərarası və ya hökumətlərarası saziş formasında müvafiq beynəlxalq hüquqi sənədlər imzalanmayanadək Paşinyanın sözləri yalnız söz olaraq qalacaq”.

*****

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb 1905.az

Öz növbəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini, ekspert Darya Qrevtsova hesab edir ki, Paşinyan həmişə Ermənistanın iqtisadi inkişafının tərəfdarı olub, hansı ki, indiki şəraitdə mümkün deyil və artıq o başa düşüb ki, vəziyyəti dəyişmək lazımdır.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə ekspert Caliber.az-a açıqlamasında bildirib.

Azərbaycanın hibrid müharibəyə cəlb olunması çox

Darya Qrevtsova 

Bununla belə, politoloq sərhədlərin demarkasiyası və delimitasiyası problemlərinin həll olunmaması üzündən Azərbaycanla Ermənistan arasında yeni silahlı toqquşmaları istisna etmir: “Demarkasiyası və delimitasiya məsələlərində mübahisəli məqamlar və kəskin ziddiyyətlər şübhəsiz, olacaq. Məsələ həm də ondadır ki, Paşinyanın Ermənistandakı revanşist qruplaşmaları və qeyri-qanuni hərbi birləşmələri tamamilə öz nəzarətinə götürdüyünü söyləmək çətindir. Təxribatlar həm də buna görə mümkündür”.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin taleyinə toxunan ekspert güman edir ki, Azərbaycan müqaviləni uzatmayacaq və 5 ildən az müddətdə hərbçilər öz postlarını tərk edəcəklər. “Nəzərə alsaq ki, Ermənistan Qarabağı tamamilə Azərbaycana qaytarmaq istəmir ki, Xankəndində Azərbaycan bayraqları və Azərbaycan polisi olsun, Bakı Xankəndini azad etmək üçün ora hərbi qüvvə göndərə bilər. Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar üçün səbəblər çox ola bilər. Ona görə də təəssüf ki, gələcəkdə onlar qaçılmaz olacaq”, - deyə rusiyalı analitik əlavə edib.

*****

Təbii ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan barışığına mane olan ciddi amillərdən biri də beynəlxalq erməni lobbisidir. Ancaq nə vaxta qədər? 

“Cənubi Qafqazda çox fərqli proses gedir”. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib (Axar.az).

Kalın bildirib ki, ABŞ-dakı erməni lobbisi anti-Ttürkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib: “Ancaq indi erməni diasporunun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarını qaytarması ilə orada tarixin yeni səhifəsi açılıb”.

Türkiyə rəsmisinin sözlərinə görə, Ankara və İrəvan qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atır: “Normallaşma prosesindən ən çox Ermənistan qazanacaq. Dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək”.

*****

Yuxarıda vurğulandığı kimi, artıq Paşinyan hökuməti anlayıb ki, qonşu Türkiyə və Azərbaycanla əlaqələr qaydaya düşmədən onun erməni xalqına vəd elədiyi iqtisadi inkişaf və rifah mümkün olmayacaq. Demək, hakimiyyət dayaqları da kövrək olaraq qalacaq. Tərəqqi mümkün olsaydı, hakimiyyətdə olduğu 3 il 8 ayda olardı.

İndi qalır bu gerçəyi erməni xalqının da birmənalı qəbul eləməsi və daxildəki və xaricdəki radikal-revanşist qüvvələri həmişəlik iqnor eləməsi. Bu mənada Paşinyanın Əliyevlə Peterburq görüşünə nə ilə gedəcəyi mühüm önəm daşıyır...        

 






Fikirlər