Ukraynadakı soydaşlarımız təhlükədə: "qaynar xətt"lər işləmir - Şikayət

Xəbər verdiyimiz kimi, Ukraynada yaşayan soydaşlarımız üçün qaynar xətt yaradılıb.

 

Lakin onlar bu yardımdan faydalana bilmirlər.

 

 

Bakupost.az -ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə şikayət edən vətəndaşlarımız bildirirlər ki, qeyd olunan telefon nömrələri işləmir:
“Mən Azərbaycan vətəndaşıyam. Hazırda ailəmlə birlikdə Xarkovda qalmışıq. Ölkədən çıxmaq, yardım almaq üçün 3 gündür səfirliyin nömrələrini axtarıram. Bizə kömək lazımdır. Məlumatda qeyd olunan nömrələr işləmir, zənglərə cavab verən yoxdur”.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında "gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, +380442773489 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər. Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir", - deyə qeyd olunur.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 24-dən bəri Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciətlər edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.
XİN bildirib ki, ciddi təhlükə ilə üzləşmiş vətəndaşlar Moldova, Polşa və Slovakiyaya gedə bilərlər..






Fikirlər