Bakıda polislə radikal islamçılar arasında qarşıdurma: saxlanılanlar var

  saxlanılanlar varBu gün 100-ə yaxın islamçı Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirib.

Suraxanı Rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən bölməsinin qarşısına toplaşmış dindarlar “Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanmasına etirazlarını bildiriblər.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Elçin Qasımlı bu gün Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb.

Bundan hiddətlənən islamçılar və “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu E.Qasımlının hazırda saxlandığı polis bölməsinin binasını əhatəyə alıblar. Onlar E.Qasımlının dərhal azad olunmasını tələb edib.

Amma dindarların bu aksiyası polis tərəfindən dağıdılıb. Məlumata görə, bir neçə nəfər saxlanılıb.






Fikirlər