AQİL ABBASdan Rəşad Nəbiyevə SƏRT İTTİHAM -Camaat nə üçün taksiyə minməməlidir?

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Aqil Abbas Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətləri ilə bağlı dediklərini sərt tənqid edib.

Qeyd edək ki, nazir mətbuata müsahibəsində Azərbaycanda taksi xidmətinin ucuz olduğunu, hamı üçün əlçatan olduğunu deyib.

Nazirə cavabında isə Aqil Abbas bildirib ki,Rəşad Nəbiyevin bu sözləri insanlara qarşı həqarətdir:

“Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Nə edək? Camaat işə helikopterlə getməlidir?!

Sənin nəqliyyat sistemin bərbad vəziyyətdədir deyə əhali taksidən istifadə edir. Həm də taksiyə minmək daha sərfəli idi. 4 nəfər taksi çağırıb, adama 1-2 manat, hətta daha az verib ünvana çatırdı. Düz də edirlər. İnsanlar saatlarla ictimai nəqliyyat gözləmək məcburiyyətində deyillər”.  

 

 






Fikirlər