"Bunu yalnız mən, Hüseyn Dərya və İbrahim Tatlısəs bacarıb" - VİDEO
Müğənni İzzət Bağırov "Efirdən kənar" verilişində qonaq olub. AzerTaym.az bildirir ki, ifaçı müsahibə əsnasında konsrtlərindən danışıb. O, bu günə qədər Bakıda, Əl oyunları sarayında yalnız 3 konsertin anşlaqla keçdiyini söyləyib: "Əl oyunları sarayında bu vaxta qədər cəmi 3 dəfə anşlaq olub. Bir mənim konsertimdə, digəri Hüseyn Dəryanın (mərhum reper - red.), bir də İbrahim Tatlısəsin (Türkiyəli müğənni - red.). Orada qırğın olub. Oranı hələ bu vaxta qədər heç kim tam doldura bilməyib. 2017-ci ilə qədər konsert vermişəm. Ondan sonra başım filmlərə başım qarışdı. Daha sonra da pandemiya oldu".