İbrahim Tatlısəs məşhur müğənnini zorlayıb? - “Utandığım üçün heç kimə demədim“

İbrahim Tatlısəs məşhur müğənnini zorlayıb?  - “Utandığım üçün heç kimə demədim“

Müğənni Serpil Benay qonaq olduğu proqramların birində həmkarı İbrahim Tatlısəslə bağlı qalmaqallı iddialar səsləndirib. 

Yenisabah.az türk mediasına istinadən xəbər verir ki, ifaçı illər əvvəl İbrahim Tatlısəs tərəfindən cinsi zorakılığa məruz qaldığını etiraf edib. Yaşadıqlarını danışan Serpil hadisə ilə bağlı “Bu hadisə mənim sonum oldu” sözlərini işlədib.

Axşam.az-ın yazdığına görə, o, həmin hadisədən sonra karyerasının bitdiyini açıqlayıb:

"25-30 il əvvəl İbrahim Tatlısəsin istismarına məruz qaldım. Adım hallansın deyə bunu demirəm. Mənim belə şeylər ehtiyacım yoxdur. O vaxt çoxlu hadisələr oldu. Bu da mənim karyeramın bitməsinə gətirib çıxartdı. Məni tamamilə bitirdilər.

İbrahim Tatlısəsin qurbanlarını çağırsanız 5 il hər gün proqram apara bilərsiniz. Bəzi insanlar utanır. Mən də utanırdım. Amma sonra nə etdim ki, utanım deyə düşündüm".






Fikirlər