TOKİODA 1700 metr hündürlüyündə BİNA tikiləcək
Yaponiya paytaxtının rəhbərliyi bildirib ki, şəhərdə qeyri-adi göydələnin tikintisi nəzərdə tutulur. Virtualaz.org saytı Britaniyanın «The Inpendent» qəzetinə istinadla xəbər verir ki, bu binanın əsas özəlliyi hündürlüyü olacaq. Belə ki, bina bu parametrinə görə dünyanın ən hündür binası sayılan və Dubayda yerləşən «Burc-əl-Xəlifə»dən 2 dəfə hündür olacaq. 1700 metr hündürlüyündəki binanı süni adalar əhatə edəcək, onun təchizatı üçün nəzərdə tutulan elektrik enerjisi isə alternativ mənbələrdən alınacaq. 50 min nəfərin yaşayacağı və həmçinin ofislərin də yerləşəcəyi bina 2045-ci ilə qədər hazır olacaq. Binanın tikintisi üçün lazım olan vəsaitin həcmi hələlik hesablanmayıb.