Milyarderlərin YAŞADIGI 5 ŞƏHƏR

İlk dəfədir ki, milyarderlərin sayına görə Pekin Nyu-Yorku üstələyib. BBC-nin xəbərinə görə, Çində yerləşən Hurun şirkətinin hesabatında Çinin paytaxtında 100-dən çox milyarderin yaşadığı qeyd olunur.

Bəs, milyarderlər əsasən dünyanın hansı şəhərlərində yaşayır? İlk beşlik belədir:

1. Pekin
Milyarderlərin sayı: 100
Hesabata görə, Pekindən başqa daha 4 Çin şəhəri bu siyahının ilk 10-luğuna düşür. Son zamanlar ölkənin iqtisadiyyatı bir qədər zəifləsə də, Çində 568 milyarder mənzillənir. Onların ümumi var-dövləti isə $1,4 trilyondur. Bu, Avstraliyanın ÜDM-nə yaxındır. Adambaşı milli gəlir: $7 400 (Dünya Bankı, 2014)
2. Nyu-York
Milyarderlərin sayı: 95
Milyarderlərin çox olduğu daha 2 ABŞ şəhəri var – San Francisco və Los Angeles. Amerika milyarderləri üçün əsas gəlir mənbələri texnologiya və pərakəndə satışdır. Ümumi olaraq ABŞ-da 535 milyarder var, onların ümumi var-dövləti $2,4 trilyon təşkil edir. Bu, az qala Fransanın ÜDM-nə bərabərdir. Adambaşı milli gəlir: $55 200 (Dünya Bankı, 2014)
3. Moskva
Milyarderlərin sayı: 66
Bundan əvvəl Rusiya paytaxtı 4 il dalbadal siyahıya liderlik edirdi. Təhlilçilər deyir ki, milyarderlərin sayının azalmasına görə düşən neft qiymətləri və Qərbin sanksiyaları məsuliyyət daşıya bilər. Hesabata əsasən, Rusiyada hazırda 80 milyarder var, onların ümumi var-dövləti $234 milyarddır. Ötən ilə nisbətən bu rəqəm $130 milyard azalıb.
Adambaşı milli gəlir: $13 220 (Dünya Bankı, 2014)
4. Honkonq
Milyarderlərin sayı: 64

Əvvəllər bu şəhərə "Asiya milyarderlərinin mərkəzi" deyərdilər. Onların zənginliyi əsasən daşınmaz əmlak, istehsal və texnologiya vasitəsilə əldə olunub. Adambaşı milli gəlir: $40 320 (Dünya Bankı, 2014)
5. Şanxay
Milyarderlərin sayı: 50
Hesabata əsasən, son 1 il ərzində Şanxay milyarderlərinin sayına 20 nəfər əlavə olunub. Bu o deməkdir ki, Çinin ticarət mərkəzində London qədər milyarder var. Özəl araşdırma şirkəti olan Hurun bu hesabatı hazırlamaq üçün açıq tipli səhmdar cəmiyyətlərinin məlumatlarından və müsahibələrdən istifadə edir.






Fikirlər