“BU MİLLƏTİN QARŞISINDA DİZ ÇÖKƏCƏKLƏR!” – Davudoğlundan SƏRT XƏBƏRDARLIQ
"Bu əziz millətin qarşısında diz çökəcəksiniz". Bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu söyləyib. O bildirib ki, Türkiyənin terrora qarşı mübarizəsi mütləq uğurla nəticələnəcək: “PKK, YPG, İŞİD, DHKP-C, paralel və başqa əlifbanın fərqli hərfləri ilə düzülən bu terror təşkilatları bilsinlər ki, onlar mütləq məğlub olacaqlar. Bu millətin qarşısında diz çökəcəklər. Qəti şəkildə bildirirəm ki, terrorçuları dəstəkləyənlər toxunulmazlıq adı ilə Qazi Məclisində əsla təmsil oluna bilməzlər”.