Rza Zərrab və iki nazir oğlu haqda həbs qərarı verildi

Türkiyədə rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılan nazirlərdən birinin oğlu sərbəst buraxılıb, iş adamı Rza Sərraf da daxil olmaqla iki nazirin oğlu isə həbs olunub.
Rza Zərrab və iki nazir oğlu haqda həbs qərarı verildi
Azertaym.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ətraf mühit və şəhərçilik naziri Ərdoğan Bayraktarın oğlu Abdulla Oğuz Bayraktarla yanaşı, 14 şübhəli sərbəst buraxılıb.

Dünən həbs tələbi ilə məhkəməyə sövq edilən 49 nəfərdən 16-sı həbs olunub. Tutulanlar arasında daxili işlər nazirinin oğlu, iqtisadiyyat nazirinin oğlu, Xalq Bankın müdiri Süleyman Aslan və iş adamı Rza Sərraf da var.

İş adamı Ali Ağaoğluna isə məhkəmə tərəfindən xaricə çıxma qadağası qoyularaq azadlığa buraxılıb.






Fikirlər