Tolik deputatlara üsyan etdi - “50 min manatlıq saat taxanda maaş çatmayacaq da..

Tolik deputatlara üsyan etdi

Bir sıra millət vəkillərinin əmək haqqlarının azlığından şikayət etməsi ictimaiyyətin narazılığına səbəb olub 

Tanınmış prodüsser Tarix Əliyev buna sərt reaksiya verib. Sabiq rabitə naziri Əli Abbasovun “aylıq xərclərim 300 min manatdır” sözləri, bir sıra depuataların isə “2200 manatla dolana bilmirik” sözləri Toliki özündən çıxarıb. Bu barədə Cebhe.info-ya danışan prodüsser ilk öncə öz gəlirlərindən də danışıb: “Mən sizdən gəlirimi gizlətmirəm. Mən şou-biznesdəyəm. Ona görə də mənim gəirlərim stabil deyil. 

Elə ola bilər ki, ayda 3, 5 toy təşkil edə bilərəm, elə də ola bilər ki, ayda heç toyum olmaz. Elə ola bilər ki, ayda min manat elə də ola bilər 10 min manat qazanaram. Məsələn, bu ay, gələn ay və may ayı toylar olmur. Mən müğənnilərlə maaşa işləmirəm, mən faizlə işləyirəm. Və gələn gəlirin vergisini ödəyirəm. Bildiyiniz kimi mən vergi ödəyicisiyəm. Hər rübün sonunda 300 manat pul ödəyirəm. Ayda bir dəfə xarici ölkəyə səfərim olur, o zaman mənim aylıq xərcim 2 min, 3 min, 5 minə, çıxır. Xaricə getməyəndə xərcim o qədər də çox çıxmır... Millət vəkilinin 2200 manatla dolana bilməməsi dəhşətdir. Nə edək, ona aylıq 50 min manat pul verək? Bəs o zaman digər insanlar, aztəminatlı, azgəlirli ailələr nə etsinlər? Ayda 120 manat pul alan dul qadın necə dolansın bu pulla? Gün ərzində iki dənə çörək alsa, aylıq 30 manat bunun təkcə çörək pulu edəcək. Qalan 90 manata bu nə edəcək, necə dolanacaq?”. 

“50 min manatlıq qol saatı taxanda təbii ki, maaş çatmayacaq”

Tolik deyib ki, deputatlara dövlət onsuz da xeyli imtiyaz verib:“Millət vəkilinə xidməti maşın verilir. Maşını üçün yanacağı dövlət verir, evdi, onu da dövlət verir. 2200 manat pul onların aylığına bəs etmir? Bəzi xanım millət vəkilləri gedib 7 min manata ayaqqabı alıb geyinəndə, bəziləri 50 min manatlıq qol saatı taxanda, əlbəttə, 2200 manat onları təmin etməyəcək. Müəllimlər nə etsin bəs? 220 manat maaş alırlar, o pulla ailələrini necə saxlasınlar? Millət vəkilləri necə belə deyə bilərlər, mən hələ də başa düşə billmirəm. Əksəriyyətinin qohum-əqrəbası milyonçudur, yaxşı imkanları var, bəzilərinin “oğru”larla qohumluğu var, məsələn, rəhmətlik Rövşən Lənkəranski də Fəzail Ağamalının qohumudur. Əgər onları 2500 manat qane etmirsə, o zaman xalqı, insanları qınamasınlar ki, niyə onlar dolana bilmirlər. Dəhşətdir, sadəcə. Bu qədər pul alırlar, yenə qane olmurlar, kiməsə “krışalıq” edib pul alırlar, doymurlar, kimisə tapşırırlar, pul alırlar...


O zaman gərək biz yaşamayaq, mən də gedim özümü asım. Mənim atam neft şirkətində işləyir, ayın 14 günü dənizdə, 14 günü evdə olur. Əziyyətlə 900 manat pul alır. Hansı millət vəkili gedib o təhlükəli yerdə, soyuqda, qışda, yayda orda aqreqat sürə bilər 900 manata? 

İlin, günün bu vaxtl, dolların məzənnəsinin bu həddə qalxdığı bir zamanda belə bir sözü deyib necə milləti qıcıqlandırmaq olar axı?” 

Tarix Əliyev deyib ki, deputatlar elə bilir ki, sənət adamları milyonerdir: “Gözlərini də dikiblər müğənnilərə. Elə bilirlər ki, müğənnilər milyonerdir. Müğənni gedib səsini qoyur hansısa toyda, məclisdə oxuyur, min dənə söz eşidərək o pulu qazanır. Siz nə edirsiniz? Oturub ancaq düymə sıxmaqla məşğulsunuz. Nə var elə pul qazanmağa, mən də gəlim oturum Milli Məclisdə, mikrofonun düyməsini sıxım pul qazanım. Yeri gələndə mənim izləyicilərim o millət vəkillərinin izləyicilərindən çoxdur. Mənim yazdığım hansısa yazıya rəy bildirənlərin sayına baxın, bir də millət vəkillərinə baxın. Mənim öz səhifəmdə toxunduğum aktual mövzular millət vəkillərinin parlamentdə qaldırdığı məsələlərdən daha aktualdır. Daha belə olan təqdirdə mən xalqı, vətəndaşları qınamıram”. 

“Oğlu İngiltərənin bahalı universitetində oxuyur”

Bir müddət öncə “Yurd” sədri Əli Kərimli haqqında yazan prodüsser fikirlərinə aydınlıq gətirib: “Mən bir vətəndaş olaraq ölkəmdə baş verən bütün hadisələrə münasibət bildirmək haqqına sahibəm. Və düzü-düz, əyrini də əyri demək lazımdır. Oturub bütün günü onun- bunun pullarını saymaqla məşğuldur. Əgər o safdırsa, çıxsın xalqın qarşısına hesabat versin ki, oğlu İngiltərədə ən bahalı universitetlərdən birində oxuyur bu pullar ona hansı yollarla daxil olur? Axı sən “safsan”, sənin əlavə “biznes”in yoxdur, sənin “obyekt”in yoxdur, bəs o pullar səndə hardandır? Sadəcə olaraq, onlara pulları ona görə xarici ölkələr verir ki, Azərbaycanda çaxnaşma, qarışıqlıq yaratsınlar. Əgər xalq onlara etimad etsəydi onun keçirtdiyi mitinqlərdə iştirak edərdi. Görmüşük xaricdə olan mitinqləri, yüz minlərlə insan müxalifətə etimad edir, yüz minlərlə insan mitinqlərdə polislər tərəfindən döyülür, öldürülür amma yenə də onların ardınca gedir. Bunlar isə özlərini o qədər ifşa ediblər ki, heç kim onlara etimad etmir. Mən, məsələn, hansısa bir rayonda görüş təşkil etsəm, mənimlə görüşə onların mitinqindən çox adam gələr. İmkan versinlər insanlar işləri ilə məşğul olsunlar, həyatlarını yaşasınlar. Nəyə lazımdır bu qədər pafos?”(cebhe.info)






Fikirlər