NAZİRLİK müharibə əlillərinə ev verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biləsuvar rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, evlərin təqdim olunması zamanı Azərbaycanda həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək, onların maddi təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər diqqətə çatdırılıb.

 Qeyd edək ki, keçən il və cari ilin ötən dövründə nazirlik tərəfindən Bakı şəhəri və respublikanın bölgələri üzrə ümumilikdə 360 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir.
 






Fikirlər