Əziz Əzovun ŞOK doğuracaq xəyanəti: Kərəm Həsənov biabır oldu

Cəlilabad RİH-nin başçısı Əziz Əzizov nədən vəzifə səlahiyyətlərindən istifadə edir?

Məmur fironluğu və digər qanunsuzluqlar baş alıb gedən Cəlilabadda vəziyyət heç də ürəkaçan deyil. Məlum məsələdir ki, ölkə başçısı İlham Əliyev rayonlara rəhbər təyin etdik də, onlara məsüliyyətli olmağı və sakinlərin problemləri istiqamətində işlər görməyi tövsiyə edir. Amma bunlardan istifadə etmək, şəxsi maraqları artırmaq birbaşa dövlətə xəyanətdir. Qanunda nəzərdə tutulub ki, məmurlar sahibkarlıqla məşğulıyyəti qəti qadağandır. Lakin Cəlilabad RİH-nin başçısı Əziz Əzizov bəlkədə ölkədə tanınmış sahibkarlardandır. İcra başçısının vəzifədən sui istifadə etmə halları isə yol verilməzdir.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Əziz Əzizov rayonda xırda məmurlara biabırçı bir şərait yaradıb. Elə bu günlərdə Cəlilabad RTŞ-nə müdir təyinadı Əziz Əzizovun ifşası idi. Aldığı rüşvət müqabilində Elminaz Nadirovanı rayona təhsil şöbəsinin müdiri təyin etdirdi. Məlumat verən mənbə vurğuladı ki, Elminaz Nadirova şəhər məktəblərin birində direktor vəzifəsində çalışırmış.

Bunlardan əlavə Əziz Əzizov media ilə bir əməkdaşlıq edir ki, bu əməkdaşlıq birbaşa Kərəm Həsənova ağır zərbə kimi qəbul edilir. Deməli saytlarin birində Əziz Əzizov haqqında tərif dolu yazı, digər bölmədə isə Kərəm Həsənovu dövlətə xəyanətdə ittiham edilir. Məqsəd isə bəllidir. Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov nifuzdan salınsın. Etibarlı mənbənin şok doğuracaq məlumatı ondan ibarətdir ki, Azadlıq qəzetində 24 fevral 2013-cü ildə nəşir olunan “Kərəm Həsənovun İlham Əliyevə otel hədiyyəsi” başlıqlı məqalənin mənbəyi açıqlanacaq. Və bundan sonra kim kim olduğu aydınlaşacaq.

Bütün bunları analiz etdikdə Əziz Əzizovun xəyanətkar olduğu bəlli olur. İnsafən deyə bilərik ki, Əziz Əzizov sahibkarlığı ilə tanınıb. Kərəm Həsənovun təkidi və İlham Əliyevin etibarı sonda özünü doğrultmadı. Əslində ölkə başçısının yürütdüyü siyasət ölkə vətəndaşları tərəfindən dəstəklənir. Təəsüflər olsun ki, bəzi icra başçıları prezidentin səmimiliyindən istifadə edib öz çirkin əməllərini həyata keçirir. Sonda isə aqibətləri Əli Həsənov, Fərhad Əliyev, Eldar Mahmudov kimi xainlərin aqibəti ilə üst-üstə düşür. Növbəti yazılarımızda biləcəksiniz:

Cəlilabad RİH-nin başçısı Əziz Əzizov kef məclisini harda qurur?

İcra başçısına yaraşmayan hərəkətlər sonda hansı bədbəxt hadisə ilə nəticələnəcək?

Kərəm Həsənova “iki qat zərbə” vurmaq üçün kimlər sifariş edib?

Dosye.org






Fikirlər