Nazirdən “Təmiz Şəhər”in rəhbərliyinə yeni - TƏYİNAT
İqtisadiyyat naziri Şahin Mustafayevin əmri ilə Etibar Abbasov “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. AzerTaym.az “Qafqazinfo”-ya istinadən məlumatına görə, E.Abbasov daha əvvəl ASC-nin İdarə Heyətinin sədr müavini olub. Nazirlikdən qeyd ediblər ki, İdarə Heyətinin sədr müavini vəzifəsinə isə Səbuhi Mehdizadə təyin edilib.