Bakıda direktorun satış meneceri ona 155 min "atdı"

Картинки по запросу icra bascilari

Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı dələduzluq edilib.
 AzerTaym.az xəbərinə görə, Xətai rayonu Nobel prospektində yerləşən "Yurd-F" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.
M.Qasımov qeyd edib ki, 2016-cı il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155 382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.
Qeyd edək ki, boya müəssisəsi 1991-ci ilin oktyabrında "YURD" kiçik müəssisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən "Yurd-F" MMC kimi fəaliyyətini davam etdirir.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.






Fikirlər