“Mövludun intiharında adımın hallanması MÜMKÜNSÜZDÜR!

bitmap-img6


Gənc yazar, “Teleqraf.com”un redaktoru Mövlud Mövlud intihar etməzdən öncə özünün Feysbuk səhifəsində vaxtı ilə Azərbaycanın İstanbulda konsulu vəzifəsində çalışmış İbrahim Nəbioğluna xitabən status yazmış və səhifəsini dondurmuşdu

 

 
Müstəqil.Az saytı hazırda Türkiyədə yaşayan İbrahim Nəbioğlu ilə əlaqə saxlayıb:
İbrahim bəy, Mövlud intihar etməzdən öncə sizə xitabən İbrahim Nəbioğlu, sən belə etməməli idin” deyə status yazıb. Sizcə o, nəyi nəzərdə tuturdu? Onun intiharında dolayısı, yaxud birbaşa sizin adınız hallana bilərmi?
“Hamı kimi mən də Mövludun ölümündən mütəssir olmuşam. Onunla heç bir yaxınlığım olmasa da hekayələrini oxumuşam, istedadlı bir gənc yazar kimi tanımışam. Mövludun mənə xitabən yazdığı deyilən status barədə Aynur xanım Camalqızının mənə yazdığı mesajdan xəbər tutmuşam.
Ona qədər Mövludun intihar etməsindən xəbərsiz idim. Mesaji alandan sonra Mövludun FB səhifəsinə baxdım, amma səhifə bağlı idi. Mövludla cəmi bir neçə dəfə sosial şəbəkədə ünsiyyətimiz olub. Bir dəfə də Aynur xanımın təklifi ilə İngiltərədə yaşayan şair dostum Rauf Qaraişıqla Skype vasitəsilə müsahibə idi. İkinci söhbətimiz onun məndən müsahibə almaq istəyi ilə bağlı idi. Bilirsiniz ki, uzun müddətdir Türkiyədə yaşayıram və “Ayna” layihəsi istisna olmaqla demək olar ki, mediada görünmürəm. Bu səbəbdən də müsahibə verməkdən imtina etdim.
Onu yaxından tanımadığım üçün mənə xitabən yazdığı statusda nəyi nəzərdə tutmasını söyləməyə çətinlik çəkirəm, onun intiharında mənim adımın bu və ya başqa şəkildə hallanmasını da mümkünsüz hesab edirəm. Son olaraq bir daha bu olaydan üzüldüyümü dilə gətirir, saytınız vasitəsilə yaxınlarına baş sağlığı verir və Allahdan Mövluda rəhmət, əzizlərinə isə səbr diləyirəm”.






Fikirlər