NAZİR HEYDƏR ƏSƏDOV APRELİN 7-də AGSTAFA rayonunda qəbul KEÇİRƏCƏK
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun mart ayının 17-də Ağstafa rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü aprel ayının 7-nə keçirilib. Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinə (050-213-25-23) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
AzerTaym.az