Kərəm Həsənov - Əhəd Abıyev qırğını qızışdı: Filiz davasından KÜRƏKƏNƏDƏK...

Kərəm Həsənov - Əhəd Abıyev qırğını qızışdı: Filiz davasından kürəkənədək...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Daşkəsənin icra başçısı Əhəd Abıyevin qovğası qızışdı

Bu barədə verilən məlumata görə, komitə sədri ilə icra hakiminin çoxdankı ədavəti Ə.Abıyevin kürəkənini vəzifədən azad etməklə alovlanıb.
Belə ki, cenubxeberleri.com komitənin 8 saylı Ərazi İdarəsinin Masallı rayon şöbəsinin rəisi Cəfər Gözəlovun tutduğu vəzifədən azad edildiyini yazıb.
Onun öz ərizəsi ilə işdən çıxmasını vurğulayan sayt iddia edir ki, bu günlərdə şöbədə ciddi yoxlama aparılıb.
Elə bu yoxlamaların da şöbə müdirinin ərizə yazıb, işdən getməsinə səbəb olduğu ehtimal olunur. Cəfər Gözəlovdan boşalan posta hələlik təyinat olmayıb.
Vəzifəsi ilə vidalaşan C.Gözəlov Daşkəsənin icra başçısı Ə.Abıyevin bacısının həyat yoldaşıdır. Bu da əslində, komitə sədri ilə icra başçısı arasında münasibətlərin yeni müstəvidə gərginləşməsi ilə müşayiət olunub.
Verilən məlumata görə, K.Həsənovla Ə.Abıyevin davası Daşkəsəndəki filiz kombinatından başlanır.
Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.
Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir.
Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb.
Ə.Sadıqov Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adamıdır. Kərəm Həsənov bu regionda Filizsaflaşdırma Kombinatına öz kadrını yerləşdirməklə filiz yataqlarını alt-üst etməkdədir.
Kombinat direktoru Ə.Sadıqov isə K.Həsənovdan savayı heç kimə hesabat vermir. Hətta icra başçısını belə hesab verəcəyi subyekt saymır.
Mənbə qeyd edib ki, K.Həsənovun nəzarətindəki firmalardan biri 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb.
Dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb.
Həmin gürcü firması isə malları Çinə satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib.
Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir.
Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır.






Fikirlər