Oğlu "Galendevagen"lə adam öldürən rəisin yerinə TƏYİNAT: - Rauf Vəliyevin dostu RƏİS OLDU
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev qurumda kadr dəyişikliyi edib. Unikal.org-un əldə etdiyi məlumata görə, QSC sədri Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu vəzifəsindən uzaqlaşdıraraq şöbələrin birinə rəhbər təyin edib.
R.Vəliyev Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə yaxın dostu, Qurbanov Taqət Allahqulu oğlunu təyin edib.
Faktı Unikal.org-a QSC-nin mətbuat xidmətindən də təsdiqləyiblər.
Yeni təyinatın olmasına baxmayaraq nədənsə hələdə XDND-nin rəsmi saytında rəis vəzifəsi İsrail Bayramovun adı gedir.
Qeyd edək ki, İsrail Bayramov bundan əvvəl XDND-nin baş mühəndisi vəzifəsində çalışıb. O, Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə Mübariz Mədətovdan sonra təyin olunmuşdu.
Xatırladaq ki, 2014-cü ilin mart ayının 15-də Suraxanı rayonunda Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub.
Nəticədə "VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Yol nəqliyyat hadisəsinin Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutulub. X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.