Bakıda ərəblər restoranın ALTINI ÜSTÜNƏ ÇEVİRDİ: Gələn hesab GÖRƏNLƏRİ ŞOK ETDİ - FOTOFAKT
Son zamanlar paytaxt Bakıya axışan ərəb turistlərdən şikayətçi olanlar da var, razı qalanlar da... Ən çox razı qalanlar ise restoran ve kafe sahibləridir desək yanılmarıq. Nahar yeməyinin hesabı üçün kəsilən qəbz sosial şəbəkədə paylaşılıb.
Belə ki, ərəb turistlərin bir oturmada verdikləri hesab çox heyrətləndiricidir.
Bu yaxınlarda ərəblər yenə paytaxtdakı restoranların birində verdikləri hesabla hər kəsi, hətta özlərini belə şoka salıb.
Belə ki, bir ərəb ailəsi Bakıdakı kafelərin birində etdikləri nahar üçün 1143 manat pul ödəyiblər.
Təbii ki, sosial səbəkə istifadəçilərinin də məsələyə münasibəti bir mənalı olmayıb.