Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları QƏBUL EDƏCƏK

Related image

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) keçiriləcək.

Qəbulda Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Ləkəran şəhəri, Fizuli küşəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) bilərlər.

AzerTaym.az






Fikirlər