Xəbər verdiyidiyi kimi, Hesablama Palatası Kollegiyası İqtisad Universitetində yoxlama materialları Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.
"AzerTaym.az" bildirir ki, sözü gedən məsələ ilə bağlı Universitetin sabiq rektoru Şəmsəddin Hacıyev Unikal.org-a açıqlama verərək yayılan məlumatların doğru olmadığını və şər-böhtan xarakter daşıdığını deyib:
"Barəmdə yayılan xəbərlər böhtandır. Sözügedən cinayət işinin mənimlə heç bir bağlılığı yoxdur. Hesab edirəm ki, mətbuat orqanları barəmdə dəqiqləşdirilməmiş informasiya verməməlidir”.
"Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualımıza cavab olaraq Ş.Hacıyev belə cavab verib:
"Mən, bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”.