FLORA Kərimova İNSULT olub? - AÇIQLAMA
Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
"AzerTaym.az" bildirir ki,Medicina.az-a açıqlama verən sənətkar bu yaxınlarda insult keçirmədiyini, xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Mən xəstəxanada hər iki gözümün kataraktasından əməliyyat olunmuşam. İnsultu isə bu yaxınlarda deyil, 2012-ci ildə keçirmişəm. Gözlərimdə də problem məhz bundan sonra yaranıb. Əməliyyatımı cərrah-oftalmoloq Paşa Qəlbinur həyata keçirib”.
F. Kərimova əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, yaxşı gördüyünü də bildirib.