İcra başçısı özünə KÖMƏKÇİ axtarır - ELAN VERDİ
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovözünə köməkçi axtarır.
AzerTaym axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağcabədi RİH-in rəsmi saytında qeyd edilib. Uzun müddətdir köməkçisi olmayan icra başçısı bu yer üçün vakant elan edib.
Başçısının özünə hansı kriteriyalara uyğun köməkçi axtarması barədə saytda məlumat yerləşdirilməyib.
Qeyd edək ki, Ş.Məmmədovun 3 müavini olsa da, bir müddətdir ki, köməkçisiz çalşır.