Mətbuat ŞURASININ növbəti qurultayı YAZ AYLARINDA keçiriləcək - Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının növbəti – VII qurultayı bu ilin yaz aylarında keçiriləcək.
Bu barədə "Report”a açıqlamasında Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: "Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”.
Ə.Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı isə suala belə cavab verib: "Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.
Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2013-cü ildə keçirilib.
AzerTaym.az