Generalın 3 “ÇP”-si... – Bir ayda
“Qafqazinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, bu yanvar ayında Penitensiar Xidmətdə baş verən 3-cü qalmaqallı hadisədir. Dünən 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Israyıl Ismayıl oğlu Ağayev özünü asıb. Məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Bundan əvvəl isə 14 saylı kalonda məhkum Elşad Babayev işgəncə ilə öldürülmüşdü. Penitensiar Xidmət Elşad Babayevin ürək tutmasından öldüyünü bildirsə də, mərhumun bacısı Simuzər Babayeva qardaşının işgəncə ilə öldürüldüyünü təsdiq edən fotolar yaymışdı.
Bunun ardınca Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi gündəmi zəbt etdi. Penitensiar Xidmət hələ də bu hadisə ilə bağlı ağlabatan izahat verməyib.