KURRİKULM LƏĞV olunur? - Təhsil Nazirliyindən AÇIQLAMA
Bəzən elə qələmə verilir ki, kurrikulum ləğv olunur. Ancaq bu, belə deyil. AzerTaym.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. E.Əmrullayevin sözlərinə görə, kurrikulum üzrə dövlət standartları 5 ildən bir qəbul olunur. Şöbə müdiri qeyd edib ki, orta ümumtəhsil müəssisələri üçün yeni hazırlanan kurrikulum layihəsi artıq ictimai müzakirəyə təqdim olunub: "Hazırda işlər son mərhələdədir. Yəqin ki, yaxın gələcəkdə biz bunu Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcəyik. Bu layihə hazırkı kurrikulum sənədindən əsaslı şəkildə fərqlənmir. Yeni layihədə də fənlərin sayı, fənlərin saatlarının sayı dəyişilməyib. Sadəcə olaraq dəyərlər sistemi, kompitensiyalar dəyişib".