“AZƏRENERJİ” ASC “Fitch” ilə əməkdaşlığa XİTAM VERİB
“Azərenerji” ASC “Fitch” Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığına xitam verib. Agentlik reytinqin geri çağırılmasının kommersiya məqsədləri ilə əlaqədar olduğunu açıqlayıb. "AzerTaym.az" xəbər verir ki, “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Report”a açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum indiki halda “Fitch”lə əməkdaşlıqda effekt görmür: “Biz “Fitch” Beynəlxalq Reytinq Agentliyi ilə müqaviləyə xitam vermişik. “Azərenerji”nin beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlığı onun reytinqinin yüksəldilməsində özünü göstərib. Artıq monitorinq aparan bir neçə beynəlxalq təşkilatla işləməyi çox da effektiv hesab etmirik. Amma gələcəkdə əməkdaşlıq məsələlərinə yenidən baxmaq olar”. Xatırladaq ki, hazırda “Azərenerji” yalnız “Standard&Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlıq edir. AzerTaym.az