Bakıda QHT ŞURASININ təşkilatçılığı ilə SOYQIRIMIN 100 illiyinə dair KONFRANS başlayıb - FOTOLAR

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş konfrans başlayıb. 

Musavat.com xəbər verir ki, Bakıda "Hilton" hotelində keçirilən tədbirdə ictimai-siyasi sektor təmsilçiləri, xarici ölkələrin səfirləri, media təmsilçiləri iştirak edir. 
QHT Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tədbiri açıq elan edərək, soyqırım haqda qısa nitq söylədi. 
Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov soyqırım faktları, erməni-rus cinayətləri barədə bağlı geniş məlumatlar verdi. 
Müzakirələr davam edir.

AzerTaym.az






Fikirlər