ALIŞANOVUN VÜCUDU İLƏ İDARƏ OLUNAN İTV!? – FAZİL Mustafa İTV-ni niyə BOYKOT edir?

fazil-mustafa-101522749465

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa İctimai Televiziyanı boykot edir.

“AzPolitika.info”nun məlumatına görə, F.Mustafa bu barədə özünün Feysbuk statusunda bildirib.

Millət vəkili yazır: “Səhər-səhər bir xanım bir az çətin anlaşılacaq səslə zəng edib ki, Fazil bəy, İctimai Televiziyadandır, sizdən gündəmə dair müsahibə götürmək istəyirəm. Cavabım dərhal və kəsə oldu: Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya artıq mən dəyərli vaxtımı sərf edib müsahibə vermirəm? Xanım jurnalist gülümsəyərək cavabında dedi: “Bəy, narahat olmayın, biz Gürcüstanın İctimai Televiziyasındanıq, sizin fikirlər maraqlı olduğuna görə oradakı soydaşlarımızla bağlı düşüncələrinizi almaq istədik”. Razılıq verdim. Çünki ağılla idarə olunan televiziyalara diqqətsizlik etmək xarakterimdə yoxdur”.

Millət vəkilinin ironiyalı bu statusunda bir məqam xüsusilə diqqəti çəkir: “Alışanovun vücudu ilə idarə olunan televiziya…” Burda böyük ehtimalla, AzTV-nin sədri Arif Alışanov nəzərdə tutulur. Sual olunur: İctimai Televiziyanın Arif Alışanova nə aidiyyatı? Axı biz bilən İctimai Televiziya AzTV-nin “filialı” yox, müstəqil bir qurumdur.

arif-alisanov

Sən demə bu, kağız üzərində və sözdə belədir. Əslində isə, İsmayıl Ömərov İTV-nin rəhbərliyindən uzaqlaşdırılandan və onun yerinə Cəmil Quliyev gətiriləndən sonra İTV-ni də Arif Alışanov idarə edir! Üstəlik də nəinki idarə edir, hətta onun əsas gəlir mənbələrindən birinə də çevrilib… A.Alışanov hətta İTV-nin qapılarını istədiyi şəxslərin – partiya sədrlərinin, millət vəkillərinin, ictimai xadimlərin, müğənnilərin və digərlərinin üzünə bağlaya da bilir! Söhbət o Arif Alışanovdan gedir ki, milyonluq torpaq alverlərinə görə bir sıra adamları tutdurub, hazırda məhkəməsi gedir və bu məhkəmədə ən ağır cinayətlərdə, hətta qətldə ittiham olunur!

Qeyd edək ki, Fazil Mustafanın yuxarıda təqdim etdiyimiz fikirlərini tanınmış telejurnalist,professor Qulu Məhərrəmli də dəstəkləyib.

qulumeh33

“Buna deyirlər onluğa vurmaq!! Fazil bəy ranqda olan bir millət vəkilinin bu mövqeyi prinsipə və acı reallığa əsaslanır. Alışanov vücudu və səviyyəsi ilə idarə olunduğu üçündür ki, bu TV-lərin nə tamaşaçıya, nə xalqa, nə də hakimiyyətə bir qəpiklik xeyri yoxdur. Cəmiyyətə ağılla idarə edilən TV, həmçinin ağlı, peşəkarlığı, əxlaqı və mənəviyyatı olan tv idarəçiləri lazımdır” – Q.Məhərrəmli yazıb. 

 
 






Fikirlər