ZAKİR FƏRƏCOV Sumqayıtda uşaq BAĞÇASININ açılışını etdi

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində yeni istifadəyə verilən "Kaspi”  Uşaq Bağçasının açılışında iştirak edib.
AzerTaym.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açılış mərasimində çıxış edərək valideynləri, təhsil işçilərini, şəhər sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb.Zakir Fərəcov çıxışında vurğulayıb ki, şəhərin məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan  metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Şəhərdə fəaliyyət göstərən bağçalarda istilik sistemi tam bərpa olunub və onlar isti su ilə təmin edilir.Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhərində məskunlaş­mış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisi davam etdirilir. Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaqdır. Bu da 3000-dən çox uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir.
Qeyd olunub ki, Şəhərin 6-cı mikrorayonda fəaliyyət göstərəcək  bağçada 3-6 yaşlı uşaqlar üçün azərbaycan və rus bölməsi daxil olmaqla 2 bölmə fəaliyyət göstərəcək.Vurğulanıb ki, yeni istifadəyə verilmiş "Kaspi” Uşaq Bağçasında uşaqlara gündəlik  azərbaycan və rus dillərindən başqa, ingilis dili, savad təlimi, ətraf aləmlə tanışlıq, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, rəsm, əmək, fiziki tərbiyə də tədris olunacaq. Bundan başqa, balacalar üçün rəqs, musiqi, şahmat,mental aritmetik məşğələləri də təşkil olunacaq ki, bu da uşaqların dünyagörüşünün artmasına  və yaradıclıq qabiliyyətlərinin inkişaf etməsinə birbaşa kömək edəcək.Uşaqların sağlamlığını  və təhlükəsizliyini düşünən Kaspi bağçasında gündəlik 4 dəfə qidalanma, həkim nəzarəti və video-müşahidə də təklif olunur.Qeyd edək ki, valideynlər istəklərinə görə, həm bütöv gün, həm də yarım gün rejimindən yararlana bilərlər.   






Fikirlər