Mir Şahin: “Orduxanı Sevincdən sağar, Sevinci Qurbanın bətnindən ...” - VİDEO

 

Görünür dövlət virtual təxribat və diversiya hərəkətlərinə qarşı mübarizə məqsədilə mobil bir sistem yaratmalıdır”.


BAKU.WS xəbər verir ki, bu barədə tanınmış telejurnalist Mir Şahin Ağayev “Mir Şahinin Vaxtı” verilişində bildirib. Jurnalist veriliş zamanı ölkənin bəzi ziyalılarını iş görməməkdə günahlandırıb.

 

Mir Şahin Ağayev ötən həftəki verilişində də tanınmış jurnalist Sevinc Osmanqızını tənqid edib.

 

“Oğrun-xəyanət dedikdə bilirsiz nəyi nəzərdə tuturam? Eynəkli, şişman, alın qırışları ilə müdrik görkəm imitasiyadan, köhnə Sovet plakat sintezi olan xroniki ziyalılarımızın susmasıdır. Onlar öz mənasız məzmunlarını belə qoruyurlar.

 

Onların hər birinin sosial şəbəkədə öz halqası var. İstəsələr Orduxanı Sevincdən sağar, Sevinci Qurbanın bətnindən, onların hamısının Vidadinin burnundan gətirərlər”, - deyə Mir Şahin Ağayev bildirib.

 






Fikirlər