NAĞILBAZIN ATASI: “Oğlumun ölümündə ONUN ROLU var”

Nağılbazın atası: “Oğlumun ölümündə onun rolu var”

Anar Nağılbazın oğlu Tamerlanın özünə doğum günü keçirməsi üçün babası Rizvan Cəbiyev keçmiş gəlininə pul göndərib.

Yenicag.az-a açıqlama verən R.Cəbiyev nəvələrinin bütün xərcini özü çəkdiyini bildirib:

“Tamerlan Anarla sanki bir almadır, yarı bölünüb. Anarın uşaqlıq fotolarına baxıram, eynən Tamerlandır. Mən oğlumun ətrini ondan alıram. Nə qədər canımda can var, nəvələrimə baxacam. Ad günündə də pul göndərdim ki, məktəbdə, evdə qeyd eləsinlər. Həftədə iki gün gəlib bizdə qalırlar. Amma gəlinlə heç vaxt barışmayacam. Çünki oğlumun ölümündə onun rolu var”.






Fikirlər