ŞƏFFAF HƏKİM heç vaxt çirkaba BULAŞMAZ... -ÖZƏL!

 Картинки по запросу Ağahəsən Rəsulov

Xeyli müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanası bəzi media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib.

Xüsusən də bu xəstəxananın təcrübəli həkimləri hədəfə götürülür. Nədən, səbəb bilinmir. Yazılanlardan belə aydın olur ki, burada hansısa şəxsi-qərəzlik durur və yaxud da kimlərinsə sifarişi həyata keçirilir, özü də maddi maraq müqabilində.  

Belə "plan"lardan biri də adıçəkilən xəstəxananın 13-cü kişi şöbəsinin müdiri Nihad Məmmədovla bağlı olub. Amma "plan" həyata keçirilmədi, düzdür, təcrübəli və tanınmış həkimin adı bəzi saytlarda sifarişlə hallandı. Guya o, kimlərəsə əlillik statusu alacaqlarına köməklik edəcəyi təqdirdə kimlərdənsə hansısa məbləğlərdə rüşvət alıb.

Похожее изображение

Heç bir əsas və məntiqə sığmayan ittihamlar. Məntiqsiz ittihamlardan biri də odur ki, guya bu həkim aldığı "rüşvəti" geri qaytarıb. Sual oluna bilər ki, əgər həqiqətən də rüşvət alınıbsa, sənəd düzəldibsə daha niyə alınan pul geri qaytarılır. Yox əgər bu xəstəxanada "rüşvət" müqabilində sənəd düzəldilibsə və o sənəd hansısa orqanlardan keçibsə, daha niyə həkimə verdikləri "rüşvət"i geri alırlar? Bu kimi suallar Azərbaycanda tanınan bu xəstəxanaya və onun baş həkimi Ağahəsən Rəsulovu rüsvay etmək, ona böhtan atmaq istəyənlərin qaranlıq planlarını alt-üst edir.

Bu bir həqiqətdir ki, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xәstәxanası – ölkәmizdә psixiatrik xidmәtin tәşkil olunduğu әn böyük müәssisәdir. Bu müəssisəyə rəhbərlik etmək o qədər də asan deyil. Bunun üçün böyük təcrübə, istedad və şəffaflıq tələb olunur.

Картинки по запросу Ağahəsən Rəsulov

  Похожее изображение

Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında  gözəl insan, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovdur.

  O,vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur  olmuş və gələcəkdə də olacaqdır.  

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?

Belə "plan"lar təkcə Baş həkimə yox, elə o xəstəxananın bütün personalına qarşı yönəlib.

İkinci bir məqam isə ondan ibarətdir ki, əgər xəstəxanada "rüşvət" olayı baş veribsə, o zaman rüşvət alanlar niyə hüquq-mühafizə orqanlarına deyil, mediyaya üz tuturlar. Əgər əllərində sübut, dəlil, səs yazısı, görüntü varsa elə hüquq-mühafizə orqanlarına müraciət edə bilərdilər.  

İttihamların şər, böhtan olduğunu əsaslandıran digər bir məqam isə odur ki, əlillik dərəcəsinin verilməsi məsələsi səhiyyə idarəsi deyil, Sosial Müdafiə Föndunun səlahiyyətindədir.

Похожее изображение  

Onu da qeyd edək ki, adıçəkilən xəstəxananın   Baş həkimi Ağahəsən Rəsulov uzun illərdir səhiyyə sistemində çalışıb. Bu vaxtadək ondan heç bir pasiyent şikayətçi olmayıb və bu vəzifəyə də asanlıqla gəlib çıxmayıb. Belə bir vəzifə ondan məsuliyyət, bacarıq, bilik və təcrübə tələb edir ki, bunu da Ağahəsən Rəsulov illərdi qazanıb. Onun qazandığı vətəndaş sevgisi olub, insanlar tərəfindən hörmət, etibar qazanmaq hər həkimə nəsib olmur.

  Və beləliklə məlum olur ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun barəsində son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Ağahəsən Rəsulov deyil, həm də "Azərbaycan digər baş həkimləri də hədəf" seçilib. Amma çox təəssüflər olsun ki, kimlərsə kimlərinsə sifarişini yerinə yetirərək Ağahəsən Rəsulov kimi səhiyyəmizin görkəmli həkimlərinə, özü də "Əməkdar Həkim"inə əhalinin sağlamlığı keşiyində duran tibb işçilərinə çirkab atırlar. Ağahəsən Rəsulov kimi həkimlərimizin təmizliyi, şəffaflığı bu çirkabları götürmür, elə ictimaiyyət də onlara qarşı şər və böhtanın sifariş olduğunu yaxşı dərk edir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı hökm sürür. Amma kimsə bu azadlıqdan öz şəxsi mənafeyi üçün sui istifadə etməməlidir. Həkimə, müəllimə şər, böhtan atmaq minlərlə insanı ləkələmək deməkdir.    

Ağahəsən Rəsulov barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub və onlar  ifşa olunub.  Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətə,dövlətçiliyə sədaqətlə xidmət edən və səhiyyəmizə öz şərəflı töhfələrini verən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Azər ABDUL,

"AzerTaym.az"

 

 






Fikirlər