Nizamidə ağacəkmə AKSİYASI KEÇİRİLDİ - FOTOLAR

Nizamidə ağacəkmə kampaniyası keçirildi

Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

AzerTaym.az xəbər verir ki, rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilməkdədir.

Rayonun R.Rüstəmov və E.Suleymanov küçələrində rayonun idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin, xidmət sahələrinin, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı 380 ədəd Eldar şamı və 300 ədəd badam ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilib. 

Qeyd edək ki, cari il ərzində rayon ərazisində  3750 ədəd həmişəyaşıl ağac və 2020 ədəd bəzək kolu əkilib, 17100 m2 qazon döşənib.

 


 






Fikirlər