Generalın bu duruşla verdiyi mesaj nədir? (REPLİKA)

Əfqan Nağıyevin həbs olunarkən "məğrur" duruşu ondan xəbər verir ki, bu pulları o tək yeməyib

Dövlətin sərhədlərini etibar etdiyimiz Dövlət Sərhəd Xidməti nəinki ümidlərimizi doğrultmadı, hətta bizi peşman elədi. Son vaxtlar davam edən həbslər dalğası nəhayət DSX-nin korrupsiyaya bulaşmış Sahil Mühafizəsini də vurdu. 

Hit.Az-ın verdiyi xəbərə görə, 2005-ci ildən bu yana Xəzər dənizinin canlı faunasına qənim kəsilən quldur dəstələrinə himayədarlıq edən Sahil Mühafizəsi öz peşə fəaliyyəti ilə məşğul olmaq əvəzinə ağ balıq və qara kürü ehtiyatlarımızın istismarı ilə məşğul olurdu.

Gəlin hesablayaq, 15 ildir ki, Xəzərdə brokonyerliklə məşğul olan kiçik və böyük ölçülü qayıqlardan gələn gəlir orta hesabla 1000 manatdan götürsək, hansı ki bu bir ayda 1 qayıqdan hesablanır, 180 min manat edir. İndi fikirləşək ki, Xəzərdə hər gün yüzlərlə qayıq ovla məşğul olur, ümumi məbləği siz hesablayın. 

Qanunsuz balıq ovçuluğuna əlavə olaraq, narkotik və silah qaçaqçılığı, qaçaqmalçılıqdan gələn və ölkədən çıxarılan pullar, bir sözlə qara mühasibatlığa münbit zəmin yaradan Əfqan Nağıyevin həbs olunarkən "məğrur" duruşu ondan xəbər verir ki, bu pulları o tək yeməyib. 






Fikirlər