Hamıya "Evdə qal" deyən ÜST rəsmisi Qusarda - FOTO
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəsi Dr. Hande Harmancının "Instagram" paylaşımı müzakirələrə səbəb olub. Yeniavaz.com xəbər verir ki, daima evdə qalmağın əhəmiyyətindən danışan Hande xanım sosial şəbəkədə Quba və Qusardan foto və video paylaşıb. Maskadan da istifadə etməyən H.Harmancı "Instagram" istifadəçilərinin tənqidinə tuş gəlib.