“Azəriqaz”da nə baş verir? - FOTO
“Azəriqaz” İstehsalat Birliyinin Hüquq departamenti ilə bağlı əmr imzalanıb. Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. M.Qəhrəmanlı bildirib ki, bu əmr departamentin işçilərinin paylanması ilə əlaqədardır: “Bir növ əmək haqlarını azaltmaq üçün işçiləri başqa departamentlərin hüquq şöbələrinə göndərirlər. 14-15-ci dərəcəli işçilər 13-cü dərəcəyə enəcək. Hüquq şöbəsinin 13-cü dərəcəsi üzrə əmək haqqı isə Hüquq departamentiinn 12-ci dərəcəli əmək haqqısından belə aşağıdır. Adını da qoyurlar ştat dəyişikliyi...”