Rasim Quliyevin ailəsi ittihamları qəbul etmir: “Apellyasiya şikayəti verəcəyik”

Rasim Quliyevin ailəsi ittihamları qəbul etmir: “Apellyasiya şikayəti verəcəyik”

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin ittiham olunduğu maddələr açıqlanıb.

 "AzerTaym.az" bildirir ki, bu barədə Modern.az-a R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev məlumat verib.

O bildirib ki, qardaşı korrupsiya əməllərinə görə saxlanılmayıb:

“Dünən məsələ qaldırdılar ki, Rasim Quliyevin işlədiyi dövrdə sənədləşmə düzgün aparılmayıb. Cinayət Məcəlləsinin 314-2.3 və 308.2 maddələrilə ittiham edilib. O, sənədləşmə işlərinin düzgün aparılmamasında günahlandırılır. Ümumilikdə bu maddələr korrupsiya və rüşvətxorluqla əlaqəli deyil, sənədləşmə işləridir”.

B.Quliyev qərarla razılaşmadıqlarını deyib:

“Qardaşım ittihamları qəbul etmir. Biz apellyasiya şikayəti verəcəyik. Nəzərinizə çatdırım ki, Rasim Quliyev 1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub. 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, 2012-ci ildən BŞİH-nin Aparat rəhbəri olub. 2018-ci ildə isə rəhbərlik dəyişikliyindən sonra şəxsi istəyilə işdən ayrılıb.

Digər tərəfdən, Rasim hazırda “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Vəzifədən ayrıldıqdan sonra dövlətə, dövlətçiliyə xidmət edir”.






Fikirlər