İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları... - Həbs olunan icra başçılarının ekzotik biznesləri

İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları... - Həbs olunan icra başçılarının ekzotik biznesləri

 

Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçışsı, DTX tərəfindən rüşvət və korrupsiya əməllərinə görə həbs olunan Alimpaşa Məmmədovun çoxşaxəli biznes fəaliyyətinə həm də maral ferması daxil imiş. Bu haqda Real TV-nin reportajında deyilir.

 "AzerTaym.az" bildirir ki, reportaja əsasən sabiq icra başçısı özü maral həvəskarı olub və icra hakimiyyətinin başçısı təyin olunandan bir qədər sonra bu təsərrüfatı yaradıb.  Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir. Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.

Qeyd edək ki, Alimpaşa Məmmədovun oğlunun adına rəsmiləşdirdiyi biznes obyektlərinə nəhəng balıqyetişdirmə təsərrüfatı, ticarət mərkəzi, restoranlar və s. daxildir.

Ekzotik bizneslə məşğul olan isə təkcə o deyildi. Ötən il həbs olunan Neftçala rayon başçısı İsmayıl Vəliyevin də çoxşaxəli biznes fəaliyyətində  cins eşşək yetişdirilməsi də yer alırdı. Belə ki, keçmiş başçısının Neftçala “Xol yolu” deyilən ərazidə cins eşşək ferması da var idi, həmin fermada saxlanılan eşşəklərin südünün satışa çıxarıldığı bildirilirdi.






Fikirlər