PREZİDENT ŞƏHİD JURNALİSTLƏRİ TƏLTİF ETDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin: Abışov Sirac Abış oğlu Əliyev Arif Ağalar oğlu İbrahimov Məhərrəm Əli oğlu"