Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq - Qaydalar
Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq. “Yeni Sabah” xəbər verir ki, bu barədə Operativ Qərargahın keçirdiyi birfinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. TƏBİB-in departament müdiri Yaqut Qarayeva isə koronavirusla bağlı hazırkı durum haqda məlumat verib: "Azərbaycanda son günlərdə kəskin sürətdə yoluxma müşahidə olunur. Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Ayın əvvəlində 7 faiz idisə, indi isə bu əmsal 23 faizdir. Bu gün 18 pandemiya müəssisəsi fəaliyyət göstərir. Əlbəttə ehtiyat tibb müəssisələri mövcuddur. Bu sahəyə bağlı 40-a yaxın xəstəxana var. Avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, dünənki rəqəmə əsasən bu rəqəm 2458-i keçib. Bu da onu göstərir ki, ciddi şəkildə qaydalara əməl etməliyik". *** Ş. Mövsümov bildirib ki, sentyabrın 1-dən Azərbaycanda bu qaydalar tətbiq olunacaq: Ticarət mərkəzləri, mehmanxanalar, ictimai iaşə və ali təhsil müəssisələrinə yalnız Covid pasportu olan şəxslər buraxılacaq.