Səyyad Əlizadənin SON durumu açıqlandı -VƏZİYYƏTİ AĞIRDIR
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb. Müğənni, xalq mahnıları və estrada ifaçısı Səyyad Əlizadə Zığ qəsəbəsində koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli xəstəxanaya yerləşdirilib.
Qohumu Musavat.com-a bildirib ki, sənətkarın vəziyyəti ağırdır:
"Səyyad Əlizadə süni komadadır. Dünən günorta 50 faiz, axşam 65 faiz,indi isə 70 faiz aparat dəstəyini artırıblar".
Qohumu əlavə edib ki,Səyyad Əlizadə 2 həftə əvvəl karantinə alınıb:
"Əvvəl ev şəraitində müalicə olunurdu. Bir dəfə saturasiyası düşdü, həkim çağırıldı. Oksigen aparatına bağlandıqdan sonra vəziyyəti düzəldi. İkinci dəfə saturasiyası düşəndə artıq həkim məsləhəti ilə xəstəxanaya aparıldı".
Qeyd edək ki, bir neçə il öncə sənətçinin ürəyinə stend qoyulub. Səyyad Əlizadənin həyat yoldaşı da xəstəxanada koronavirusdan müalicə alır.