Ucuz lirənin cazibəsi - 65 min azərbaycanlının Iğdırda nə işi var?

Ucuz lirənin cazibəsi - 65 min azərbaycanlının Iğdırda nə işi var?

Türkiyənin Iğdır şəhərinin küçələrində hər addımda Azərbaycan dövlət nömrə nanlı avtomobillərə rast gəlinir. Bu da səbəbsiz deyil: Türkiyədə dolların bahalaşması və nəticədə məzənnəsi sabit olan Azərbaycan manatının lirə qarşısında dəyər qazanması azərbaycanlıların alış-veriş etmək üçün bu şəhərə axın etməsinə səbəb olub.

 Haqqın.az  xəbər verir ki, ötən bir ayda Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsindən 65 min Azərbaycan vətəndaşı bu ölkəyə keçib.

Hazırda 1 manat  Türkiyədə 8 lirəyə dəyişdirilir və nəticədə azərbaycanlılar üçün Iğdırdan alış-veriş etmək olduqca sərfəlidir.

Onlar ərzaq və gündəlik tələbat mallarından tutmuş məişət əşyalarına qədər əllərinə keçən hər şeyi alırlar. Lakin Naxçıvan gömrüyünün onların bəzi malları Türkiyədən gətirməsinə məhdudiyyət qoyduğu haqda da xəbərlər var.

Bir ayda 65 minə yaxın azərbaycanlının Iğdıra getməsi rekord hesab edilir. Bu axın sayəsində iğdırlı tacirlər də yaxşı alver edə biliblər.

Azərbaycanlılar Naxçıvandan Iğdıra təxminən 1 saatlıq yolu avtobuslarla yanaşı həm də öz şəxsi avtomobillərində gedirlər.

Ucuz lirənin cazibəsi - 65 min azərbaycanlının Iğdırda nə işi var?
Ucuz lirənin cazibəsi - 65 min azərbaycanlının Iğdırda nə işi var?
Ucuz lirənin cazibəsi - 65 min azərbaycanlının Iğdırda nə işi var?






Fikirlər