"Yeni Gəncə"də KÖHNƏ ƏNƏNƏ... - Yenə də Mehdiyev...
Azərbaycanda səhiyyə sisteminin hansı durumda olması ilə bağlı, Gündəlik-Bakı olaraq illər uzunudur ki, yazırıq.
Hətta təkrar-təkrar eyni problemləri yazmaq bizim üçün ən böyük işgəncədir. Amma nə edək ki, ölkə insanı bu problemlərin altında hələ də qalır. Və biz də məcbur oluruq ki, eyni problemləri təkrar-təkrar gündəmə gətirək. Ki, bəlkə, problem həllini tapdı.
Sözün qısası, ötən yazılarımızda qeyd etdiyimiz kimi, iri məmurlar qanunsuz yolla, daha dəqiq desək, rüşvət və korrupsiya yolu ilə əldə etdikləri milyonları biznesə yönəltmək üçün hərəsi özünə bir klinika, xəstəxana, tibb mərkəzi açaraq millətin sağlamlığı üzərində biznes qurublar.
Yəni məmurlar üçün millətin sağlamlığı və gələcəyi deyilən anlayış yoxdur. Əsas odur ki, pul gəlsin. Həm də həmin məmurların elementar tibbi savadı yoxdur.
Sözün qısası, bu gün Azərbaycan və onun böyük şəhərləri məmurlara məxsus Tibb Mərkəzlərilə doludur.
Belə mərkəzlərdən biri də Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yerləşir.
Söhbət Gəncə şəhərində fəaliyyət göstərən “Yeni Gəncə” Tibb Mərkəzindən gedir.
İlk öncə onu bildirək ki, mediada yayılan məlumatlardan bəlli olur ki, bu Tibb Mərkəzi Prezident Adminstarsiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.
Mediada yazılanlardan bəlli olur ki, Ramiz Mehdiyevin ailə biznesinə, kürəkəni İlham müəllimə aid olan "YENİ GƏNCƏ" Tibb Mərkəzinin fəaliyyəti növbəti dəfə narazılığa səbəb olub. Belə ki, Gəncədə yerləşən özəl səhiyyə müəssisəsinin həkimi - Neyrocərrah Zaur Ramizxanovun uğursuz əməliyyatı nəticəsində Kərimi Sevinc Samil qızı görmə qabiliyyətini itirib. Bu barədə məlumatı xəstənin valideyinləri yayıblar. Eləcə də şikayətçi olan valideyinlər sosial şəbəkə üzərindən "Yeni Gəncə" Tibb Mərkəzinin Neyrocərrahı Zaur Ramizxanovdan və klinikanın fəaliyyətindən ölkənin baş prokuroru Kamran Əliyevə də müraciət ediblər.
Ötən gün yayılan məlumatlardan o da aydın olur ki, valideyinləri övladlarının əməliyyatı üçün klinikaya 10 min manata yaxın vəsait ödəyiblər. Neyrocərrah Zaur Ramizxanovun uğurlu əməliyyat vədlərinə inanıblar. Lakin, əməliyyatdan sonra qızcığazın görmədiyini müəyyən ediblər.
Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyalarının bankda girovda olduğu, maddi sıxıntıda olduqları bildirilir. Xəstənin isə yenidən əməliyyat olunmaqdan başqa çarəsi qalmır. Kərimi Sevinc Samil qızının ailə üzvləri haqlı olaraq Gəncədəki "Tibb Mərkəzi"nə ödədikləri maddi vəsaitin geri qaytarılmasını tələb kimi qoyaraq ölkə rəhbərliyinə şikayətlər edirlər. Vətəndaşlar klinikaya ödədikləri vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyevə və ölkənin I Vitse-Prezidenti xanım Mehriban Əliyevaya bağlayıblar.
Səsləndirilən iddialara cavab vermək əvəzinə Mərkəzin rəhbərliyi bundan boyub qaçırır.
Bütün bunlar azmış kimi, bir neçə ay əvvəl Ramiz Mehdiyevin kürəkəni İlham müəllim Gəncəyə gedərək icraçı direktoru hədələyib.
Bəli, “Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı Prezident İlham Əliyevə müraciət edib:
“Hörmətli cənab Prezident , yazıb Sizə bildirirəm ki mən 2017-ci ildən “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi, sabiq deputat, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham müəllim tərəfindən Yeni Gəncə Tibb Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunmuşam. İşlədiyim dövr ərzində əhaliyə yüksək tibbi xidmət göstərilməsi istiqamətində öz bilik və bacarığımı əsirgəməmişəm və daim klinikanın nüfuzunu yüksəltmişəm. Nümunə kimi Ali Baş Komandan kimi Sizin və Ordumuzun zəfər çaldığınız 44 günlük müharibə dövründə klinikada yaralı əsgərlərimizə göstərilən xidmətimizi göstərə bilərəm.
Mən icraçı direktor vəzifəsinə təyin olunarkən heç bir təhvil- təslim aparılmayıb və bu barədə müvafiq akt tərtib olunmayıb.
2021-ci ilin sentyabr ayının hasabatını verdikdən sonra mən təsisçi İlham müəllimə onun gündən-günə artan tələblərini yerinə yetirməyimin mümkün olmadığını və bu səbəbdəndə tutduğum vəzifədən azad olunmaq istəyimi bildirdim.
İlham müəllim məni hədələdi və…
Təsisçi İlham müəllim 14.10.2021-ci il tarixdə Gəncə şəhərinə gələrək məni 14 oktyabr 2021-ci il tarixdən 3 gün müddətinə ödənişsiz məzuniyyətə göndərilməyim barədə ərizə yazmağa məcbur etdi və mənim iştirakım olmadan özü ilə Bakı şəhərindən gətirdiyi Aygün adlı xanıma klinikanı yoxlatdırmağa başladı. Təsisçi İlham müəllimin şifahi göstərişinə əsasən bu günədək klinikanın ərazisinə daxil olmamışam.
Yeni Gəncə Tibb Mərkəzinin möhürü və elektron imzası məndən rəsmi akt tərtib olunaraq təhvil götürülməyib. Möhürdən və elektron imzadan hal-hazırda qeyri qanuni istifadə olunur və hətta keçmiş tarixlərə saxta sənədlər hazırlanaraq təsdiq olunmasına ehtimalım var.
Mənimlə təsisçi arasında maddi məsuliyyət üzrə müqavilə olmadığı halda mənim görmədiyim və mənə rəsmi şəkildə təhvil verilməmiş, adınıda bilmədiyim tibbi avadanlığın mənim tərəfimdən mənimsənildiyi fikiri artıq klinikada formalaşdırılmışdır.
Cənab Prezident !
16 oktyabr 2021-ci il tarixində təxminən saat 17 radələrində klinikanın üç nəfər işçisi (Mahir həkim, Zülfüqar və Kənan) mənim yaşadığım ünvana gələrək mənzilə daxil olmuşlar, Mahir həkim əlində olan telefonu mənə üzadaraq Təsisçi İlham müəllimlə danışmağımı tələb etmişdir.
Mən İlham müəllimlə danışarkən telefonda mənə təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyimi əmr etmişdir. Həmin adamlara mən otaqlara girməməyi bildirərək qarşılarını almaq isrəyərkən klinikada mühafizəçi vəzifəsində işləyən Kənan adlı şəxs mənim qolumdan tutaraq dəhlizin divarına çırpmış, zor tətbiq edərək mənzilin bütün otaqlarında axtarış keçirərək dəhlizdə Bakı şəhərinə aparmaq məqsədilə qutulara yerləşdirdiyim şəxsi əşyalarımı , əşyalarla birlikdə olan 2000 manat pulumu və brilliant qızıl-zinət dəstimi götürərək mənzildən çıxmışlar. Mən səhhətim pozulduğu üçün Təcili tibbi yardıma, sonra isə mənzilımə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət etmişəm. Bunlar məni intihara məcbur edir.
Cənab Perzident, ümidim Sizədir !
Sözün qısası, səhiyyəmiz fəlakətli durumdadır.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//