“Necə olur ki, onun dövründə bu işlər qaydasında gedirdi, İNDİ GETMİR?!”

“Necə olur ki, onun dövründə bu işlər qaydasında gedirdi, indi getmir?!”

“Ağcabədidə 115 artezian quyusu var, lakin Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən onların cəmi 11-nin bərpasına pul ayrılıb. Əhali mənə müraciət edərək artezian quyularının bərpasını istəyir. Onları inandıra bilmirəm ki, mən artezian quyu vura bilmirəm. Necə olur ki, ASC-nin əvvəlki rəhbəri Əhməd Əhmədzadənin dövründə bu işlər qaydasında gedirdi, indi getmir?!”

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Millət vəkilinin sözlərinə görə, əhali deputatdan, icra başçısından artezian quyu istəyir: “Bu camaata əkib-biçməyə su lazımdır. Əhali məhsul götürə bilmir. Qabaq Yaponiya Ağcabədidə bir-iki artezian quyusu vurmuşdu. İndi mən yenə Yaponiyaya müraciət etmək istəyirəm. Çünki icra başçısı dəfələrlə məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, amma nəticə yoxdur. Heç 11 artezian quyusunun bərpası da başa çatmayıb. Yaponiya səfirinə müraciət edim ki, Ağcabədidə yenə artezian quyusu vursun, bu camaat kənddən köçüb getməsin. Təzə kadrlar, deyəsən, özünü doğrultmur, əzizlərim”.






Fikirlər