“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edildi (SƏRƏNCAM)
Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla Rövşən Rüstəmov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bundan əvvəlki sədri Cavid Qurbanov olub. O, 24 may 2022-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunaraq rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.